gulnar_agayeva2005

gulnar_agayeva2005

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from gulnar_agayeva2005, Health/Beauty, Mərdəkan qəsəbəsi, R.Qasimov küçəsi 30, Baku.

Photos from gulnar_agayeva2005's post 13/03/2026

❗ Əlavə suallarınız olarsa, şərhlərdə qeyd etməyi unutmayın.
👩‍⚕️ Qastroenteroloq Gülnar Ağayeva
🏥 İş yeri: Xəzər Tibb Mərkəzi
📱 Qeydiyyat üçün: 051-927-87-64

08/03/2026

🌷 Dünyanı gözəlləşdirən bütün qadınlara!

Siz zərifliyinizlə, gücünüzlə və sevginizlə həyatımıza dəyər qatırsınız. 8 Mart münasibətilə sizə sağlamlıq, sevgi və xoşbəxtlik arzulayıram! 💖✨

Photos from gulnar_agayeva2005's post 07/03/2026

Qida qəbulunda çətinlik, yeməyin boğazda ilişməsi və ya udma zamanı narahatlıq bir çox insan tərəfindən ciddi qəbul edilmir.

Lakin bu əlamətlər qida borusu xəstəliklərinin ilk göstəricisi ola bilər.

Endoskopik müayinə zamanı qida borusunun orta hissəsində (28–30 sm) mənfəzi tutan, girintili-çıxıntılı quruluşa malik, qanlanması zəngin və üzəri ağ ərpli törəmə aşkar edildi.

Belə hallarda vaxtında aparılan endoskopik müayinə xəstəliyin səbəbini dəqiq müəyyən etməyə və düzgün müalicə planı qurmağa imkan verir.

Qida qəbulunda çətinlik, udma zamanı ağrı və ya narahatlıq hiss edirsinizsə, mütləq müayinədən keçmək lazımdır.

❗ Əlavə suallarınız olarsa, şərhlərdə qeyd etməyi unutmayın.
👩‍⚕️ Qastroenteroloq Gülnar Ağayeva
🏥 İş yeri: Xəzər Tibb Mərkəzi
📱 Qeydiyyat üçün: 051-927-87-64

mədəbağırsaq sağlaml

Photos from gulnar_agayeva2005's post 04/03/2026

Sol tərəfli qarın ağrıları çox vaxt diqqətdən kənarda qalır.
Lakin bu nahiyədə yerləşən siqmoid bağırsaqda iltihabi proseslər, poliplər və digər dəyişikliklər yarana bilər.

Pasiyent Natiq Nəsirovda aparılan kolonoskopiya zamanı siqmoid hissədə 2 ədəd psevdopolip aşkar olundu. Bu tip törəmələr mütləq nəzarətdə saxlanmalı və həkim tərəfindən qiymətləndirilməlidir.

Uzun müddət davam edən qarın ağrısı, nəcis vərdişlərində dəyişiklik, köp və narahatlıq varsa, mütləq müayinədən keçmək lazımdır.

❗ Əlavə suallarınız olarsa, şərhlərdə qeyd etməyi unutmayın.
👩‍⚕️ Qastroenteroloq Gülnar Ağayeva
🏥 İş yeri: Xəzər Tibb Mərkəzi
📱 Qeydiyyat üçün: 051-927-87-64

bakı həzm qarınağrısı sağlaml

Photos from gulnar_agayeva2005's post 27/02/2026
Photos from gulnar_agayeva2005's post 25/02/2026

Pasiyentimiz Zahid Qurbanov qarında kəskin ağrılar və uzun müddət davam edən qəbz şikayətləri ilə müraciət etmişdi.

Aparılan müayinə və müalicə nəticəsində vəziyyəti nəzarət altına alındı və özünü daha yaxşı hiss edir 👍

Həzm sistemi ilə bağlı şikayətləri vaxtında yoxlatdırmaq vacibdir.

Sonda isə bu prosesdə yanımda olan dəyərli komandama təşəkkür edirəm 🤝 Birlikdə daha güclüyük.

14/02/2026

İştahsızlıq çox vaxt sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu yazıda iştahsızlığın səbəblərini və idarə olunmasını izah edərək məlumatlı olmağa kömək edəcəyik.

🤔 Səbəblər: İştahsızlıq, stress, infeksiyalar, həzm problemləri, depressiya kimi bir çox səbəb ola bilər.

🌡️ Əsas Sağlamlıq Problemləri: Diabet, tiroid problemləri, xərçəng kimi ciddi sağlamlıq problemləri də iştahsızlığa səbəb ola bilər.

💔 Psixoloji təsirlər: Stress, narahatlıq, depressiya kimi psixoloji faktorlar iştaha təsir edə bilər.

🍔 Sağlam Qidalanma: Balanslı və nizamlı qidalanma iştahı tənzimləyə bilər. Zülal və liflə zəngin qidalara üstünlük verilməlidir.

💧 Nəmləndirmə: Yetərsiz su istehlakı da iştahsızlığa səbəb ola bilər. Gündəlik su ehtiyacınızı ödəməyi unutmayın.

👩‍⚕️ Mütəxəssis rəyi: Əgər iştahsızlıq davamlı xarakter alıbsa, həkimə müraciət etmək vacibdir.

İştahsızlıq bədənə bir siqnaldır. Uzun müddət və ya birdən baş verərsə, bir tibb işçisi ilə əlaqə saxlamaq daha yaxşıdır. Sağlamlığınızın qeydinə qalın!

❗ Əlavə suallarınız olarsa, şərhlərdə qeyd etməyi unutmayın.
👩‍⚕️ Qastroenteroloq Gülnar Ağayeva.
🏥 İş yeri: Xəzər Tibb Mərkəzi.
📱 Qeydiyyat üçün: 051-927-87-64.

02/02/2026

👩‍⚕️ Qastroenteroloqun işi yalnız müayinə və prosedurdan ibarət deyil…

Bəzən həkimi belə görürsünüz: kompüter arxasında, diqqətlə yazarkən 💻
Diaqnozlar, müayinə nəticələri, müalicə planı, reseptlər…
Hər bir sətir pasiyentin sağlamlığı üçün atılan düşünülmüş bir addımdır 🧠🩺

Çünki düzgün müalicə təkcə prosedur zamanı yox,
məhz bu səssiz anlarda formalaşır.
Analizlər müqayisə olunur, detallara baxılır, ən doğru yol seçilir.

Unutmayın ❗
Həkim sizi qəbul otağında görməsə belə, sizin üçün işləməyə davam edir.

Əgər mədə-bağırsaq problemləri sizi narahat edirsə
gecikdirməyin, vaxtında müraciət edin 💬

Sağlamlıq diqqət və peşəkarlıq tələb edir.

25/01/2026

Həkiminiz iş başında 👩‍⚕️

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Mərdəkan Qəsəbəsi, R.Qasimov Küçəsi 30
Baku
AZ1044