psy_ismaylzade
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from psy_ismaylzade, Health/Beauty, Baku.
09/08/2026
Bəzən insanı yorğun salan şey başına gələnlər deyil, bütün bunları içində saxlayaraq heç nə olmamış kimi davam etməkdir.
Başqalarını anlayır, bağışlayır, onlara qarşı mərhəmətli oluruq. Amma özümüzə gələndə ən kiçik səhvimizi belə bağışlamırıq.
Bəlkə də sənə daha çox güclü olmaq yox, özünə də anlayış göstərməyi öyrənmək lazımdır. 🤍
Çünki bəzən dəyişimin ilk addımı sadəcə “mənim də köməyə ehtiyacım var” deyə bilməyimizdir. 🌿
02/08/2026
🌿 Bəzən ən çətin addım kömək istəməkdir. Amma məhz o addım dəyişimin başlanğıcı ola bilər.
Hər bir insanın hekayəsi fərqlidir və hər hekayə dinlənilməyə dəyər.
Seanslarda məqsədim sizi mühakimə etmək deyil, özünüzü daha yaxşı anlamağınıza, emosiyalarınızı tanımağınıza və qarşılaşdığınız çətinliklərlə daha sağlam şəkildə mübarizə aparmağınıza dəstək olmaqdır.
📍 Yeniyetmələr və böyüklərlə fərdi şəkildə çalışıram.
💻 Onlayn və əyani seanslar mövcuddur.
Əgər sualınız varsa və ya seans üçün qeydiyyatdan keçmək istəyirsinizsə, mənə DM yaza bilərsiniz. 🤍
30/07/2026
Gecələr düşüncələrin dayanmadığını hiss edirsiniz?
Bu, zəif iradəyə sahib olduğunuz anlamına gəlmir. Gün ərzində təxirə salınan narahatlıqlar və emosiyalar sakitlik yarananda daha çox diqqətimizi çəkə bilər.
Əgər bu vəziyyət uzun müddətdir davam edir və yuxu keyfiyyətinizə, gündəlik həyatınıza təsir edirsə, peşəkar dəstək almaq faydalı ola bilər.
💬 Siz də gecələr ən çox nə haqqında düşünürsünüz?
Category
Website
Address
Baku
Alerts
Be the first to know and let us send you an email when psy_ismaylzade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
