Ranço Baku
Ranço Baku at klubu at turları və at minmə təlimləri həyata keçirir . Siz də bizim komansaya qoşulun 0558020253
🌅 Bu həftəsonunu fərqli yaşa...
😍Təsəvvür et...
At belindəsən, dənizin sərin mehi üzünə toxunur, dalğaların səsi sənə yol yoldaşlığı edir və gün batımı qarşında möhtəşəm mənzərə yaradır. 🐎🌊
Ranço Bakunun "Dəniz Turu" səni şəhərin səs-küyündən uzaqlaşdıracaq, unudulmaz xatirələr bəxş edəcək.
✨ Səni nələr gözləyir?
📸 Sosial şəbəkələr üçün möhtəşəm foto və videolar
🐎 Dəniz sahilində at sürmə təcrübəsi
🌅 Gün batımının sehrini yaşamaq
🤝 Atsevər dostlarla əyləncəli vaxt keçirmək
💙 Stressdən uzaq, enerji dolu həftəsonu
📅 Turlar hər şənbə və bazar günü keçirilir.
⚠️ Yerlər məhduddur və əvvəlcədən qeydiyyat mütləqdir!
📲 Rezervasiya:
055 802 02 53
Həftəsonunu adi keçirmə! Gəl, dənizi at belindən kəşf et və bu xatirəni ömür boyu unutma. 🐎🌊
14/07/2026
🐎 At sürməyi bacarmadığın üçün həmişə tərəddüd etmisən? Bəlkə də başlamağın vaxtıdır!
🤔Təcrübən azdır? 😍Heç problem deyil!
🐎Ranço Baku yeni başlayanlar üçün təlim xarakterli at turu təşkil edir. Burada həm təhlükəsiz şəkildə at sürməyi öyrənəcək, həm də sənin kimi atsevər insanlarla tanış olacaqsan.
🌿 Təcrübəli təlimatçılar
🐎 Sakit və rahat məşq
🤝 Yeni dostlar
✨ Özünəinam və unudulmaz axşam
☝️Bir gün bu təcrübəni sınamaq istəyirdinsə, o gün məhz 16 iyuldur!
📅 16 iyul
🕖 Saat 19:00
📩 Yerlər məhduddur! İndi qeydiyyatdan keç və ilk çapma həyəcanını Ranço Baku ilə yaşa.
İlk addımı at, qalan yolu atınla birlikdə kəşf et! 🐎❤️
🐎❤️ Ranço Baku at turlarına START VERDİ!
🙋♀️Şəhərin səs-küyündən uzaqlaşın, təbiətin qoynunda unudulmaz anlar yaşayın!
At sürmək təkcə maraqlı bir fəaliyyət deyil, həm də:
✅ Stress və gərginliyi azaldır. ✅ Bədən balansını və koordinasiyanı inkişaf etdirir. ✅ Özünəinamı artırır.
✅ Təmiz havada aktiv istirahət imkanı yaradır.
✅ Təbiətlə və atlarla xüsusi bağ qurmağa kömək edir.
İndi isə bu təcrübəni Ranço Baku ilə yaşamağın tam vaxtıdır!
🗓 Tur günləri:
• Çərşənbə axşamı • Cümə axşamı • Şənbə • Bazar
🕗 Tur saatları: 08:00 və 19:00
İstər ilk dəfə at sürəcək olun, istərsə də bu hobbini yenidən yaşamaq istəyin – peşəkar müşayiət və təhlükəsiz şəraitdə sizi gözləyirik.
📩 İndi inboxa əlaqə nömrənizi yazın və növbəti turun iştirakçısı olun.
Ranço Baku – dostların məkanı, unudulmaz at turlarının ünvanı! 🐎🌿
🧑💻Pro SMM olmaq istəyirsiniz? Artıq bu o qədər də çətin deyil🙋♀️
👩💻Gənclərlə işləmək, 25 illik televiziya təcrübəmi, təcrübə toplayarkən etdiyim yanlışları və doğruları onlarla paylaşmaq hər zaman əsas qayəm olub. 11 illik televiziya təlimçisi missiyamda da düşünürəm ki, bunun öhdəsindən layiqincə gəlmişəm. Və bu gün bir çox tələbələrim TV-lərdə aparıcı, müxbir, redaktor, produsser kimi çalışırlar. Onlarla əlbətdə ki, qürur duyuram.
💃Və xoş xəbər!
Yenidən məni bu sevdiyim təlimçi peşəmdə görəcəksiniz. Bu dəfə öyrənmək istəyənlərlə 8 illik yutub və SMM təcrübəmi paylaşacam. Həmçinin kontent yaratmaq, diksiya, səsləndirmə və canlı yayım aparıcılığını da öyrədəcəm. 3 aylıq bir kursda 10 bacarığı birdən öyrənəcəksiniz. Yəni adi, sadəcə post paylaşan SMM yox, hər şeyi bilən, universal, Pro SMM olmağı öyrənəcəksiniz. Tədris olunacaq biliklərlə siz böyük bir SMM komandasını idarə edə, həmçinin bu sahədə öz işinizi qura bilərsiniz.
Tezliklə qeydiyyat başlayır. Təlimə qoşulmaq istəyənlər, şəxsimə əlaqə nömrəsi yazsınlar, menecerimiz əlaqə saxlayıb ətraflı məlumat verəcək. Bizə də, sizə də uğurlar!
Samir dayı gərək stendapçı olaydı☺️ Şəfiqə xanım sabahdan şeir əzbərləyin😁🤭
Əslində Xoşqədəm xanımın "Səni axtarıram" layihəsi çox gözəl layihədir. Rusiyanın da o üslubda "Жди меня" layihəsi vardı. Ancaq bu layihəni şouya, bazara, qurulmuş ssenarilər üzərində oynanılan səhnəyə çevirdilər. Xoşqədəm elə itənləri axtarsa çox gözəl veriliş olacaqdı. Camaatın ürəyini partlatmadan, "ağla, ürəyin getsin, sonra oğlunu göstərirəm" demədən, camaata iynə vurub iflic etmədən sadəcə layihənin adına, məqsədinə uyğun veriliş etmək lazım idi.🤷♀️
28/02/2026
Söyüş, təhqir, qışqırıq -Azərbaycanda qəbul olunmuş yeni ünsiyyət metodu.
Tik-tokun alqoritminin çox zaman qışqırığa, qalmaqala, həyasızlığa işlədiyini bilirdik, ancaq dövlət qurumlarının da alqoritminin tik-tokla eyni olduğunu bilmirdik.
Uzun illərdir içi mən qarışıq peşəkar televiziya işçiləri tvlərdə qeyripeşəkarlığın çiçəklənməsinin əziyyətini çəkmişik, şikayətlənmişik. Xüsusən də uzun illərdir Kamran Hesenli Vüsalə Mirzəyeva Leman Eleşrefqızı son dövrlər Saida Bekirqizi və digər dostlar televiziyaların uçuruma getdiyini bütün platformalardan, faktlarla, arqumentlərlə mədəni şəkildə çatdırmağa çalışıblar. Amma səsləri heç bir cavabdeh şəxsin qulağına çatmayıb. Biz bilmirdik ki, dövlət qurumlarının qulağı zəifdir qışqırmaq lazımdır. Peşəkarların illərlə edə bilmədiyini heç özü də efirdə at oynadanlardan fərqlənməyən Səidə Sultan həyasızlıqla, tərbiyəsizliklə, təhqirlərlə etdi və xalqın gözündə qəhrəmana çevrildi. Xalq artıq onu milli məclisdə görməyi arzulayır🤦♀️ İndi bu situasiyanın efirdə baş verənlərlə nə fərqi varki? Efirə çıxanlarda ağzına gələni danışır, dövlət qurumları da ağzına gələni danışanın sözü ilə hərəkət edir, xalq da ağzına gələni danışanı qəhrəman edir.
Neynək buna da dözərik təki TV-lərimiz əvvəlki hörmətini, auditoriyasını qaytarsın, biz də öz yerimizə qayıdaq...
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Baku
Baku
AZ1000
Opening Hours
| Monday | 10:00 - 21:00 |
| Tuesday | 10:00 - 21:00 |
| Wednesday | 10:00 - 21:00 |
| Thursday | 10:00 - 21:00 |
| Friday | 10:00 - 21:00 |
| Saturday | 10:00 - 21:00 |
| Sunday | 10:00 - 21:00 |
