dr.qemer

dr.qemer

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dr.qemer, Health/Beauty, Baku.

Photos from dr.qemer's post 28/04/2026

Üst çənədə köhne qapaqlar söküldü, çeynəmə dişləri nahiyyəsində sola 2 , sağ tərəfə isə 3 implant yerləşdirildi.Zirkon qapaqlarla həm təbii , həm də funksional nəticə əldə etməyə çalışdıq.(yuxarı qalan 3 dişdə və aşağı qapaqlarda dəyişiklik istəmədi pasient)

Photos from dr.qemer's post 21/04/2026

Video hem effektsız, həm də işıqsız çəkilib, öz işığı bəsdir deyə düşündük😊
natural

Photos from dr.qemer's post 23/03/2026

Özgüvən inşasına dişlərdən başlayın.

Photos from dr.qemer's post 10/03/2026

Əvvəlki halı maraqlıdırsa , karuseli çevirin. Çoxunuza tanış mənzərə ilə rastlaşacaqsınız🤫
Professional gigiyena estetik müdaxilə deyil, diş və bədən sağlığı üçün vacibdir !!!Çünki ağızda olan daşlar və ərplər bakteriyalarla zəngindir, əlavə infeksiya mənbəyidir🤷🏻‍♀️, mütləq kənarlaşdırılmalıdır‼️ # stomatoloq

Photos from dr.qemer's post 22/02/2026

İş artıq təhvilə yaxındırsa ,günümüz boy güzgüsünün qarşısında keçir .Vəhdətdə gözəllik ən arzuolunandır.Prototip yoxlayırıq.Əgər hər şey qaydasındadırsa qapaqlar hazırlanacaq.Pasienti narahat edən məqamlar sırf bu etapda aradan qaldırılır

Photos from dr.qemer's post 20/02/2026

Uzun illər davam edən kompleksi vinirlərlə aradan qaldırdıq.Xanım təbii və dişlərinə uyğun olmasını istədi. Karuseli çevirib baxa biləriniz 😇

Photos from dr.qemer's post 17/02/2026

Kəsici dişlərin kompozitlə estetik bərpası.Polirovkasını (cilasını) çox vaxt növbəti gəlişə saxlayıram. Çünki ,rehidratasiyadan sonra bəzən uyumsuzluq yaranarsa,kiçik toxunuşlara yenidən ehtiyyac ola bilir ön dişlərdə.
Dişlərinizi qoruyun!!!Görünən sahədədir ön dişlər, bunların kariesi mənə görə lap qəbulolunmazdır !

Photos from dr.qemer's post 17/01/2026

Photos from dr.qemer's post 11/01/2026

Implantüstü çıxan protez olacaqsa , ən yaxşı variat 4 implantla olan cixan protezlərdir,amma iki implantlı overdenture protezlər də sade total protezdən konforlu olur, bunu bilməlisiniz🙂✅️

Photos from dr.qemer's post 23/11/2025

Bir insanın həyatına toxunmaq tam olaraq belə olur deyərdim.Ən gözəli implantdir bunu vurgulamalıyam, amma seçim implant deyilsə, ən gözəl alternativ protezdir. Ancaq burda incə bir məqam var, pasient də bunun fərqinə varmalıdır ki protezdən sabit konstruksiyanın performansını gözləmək olmaz‼️Bunu qəbullandığı zaman həm pasient həkimdən, həm də həkim pasientdən razı qalır🙂Hə birdə vakuum protez deyə xüsusi protezlər yoxdur❗️Bu adi protez anlayışıdır. Protezdə vakuum zaten olmalidir, əgər damaq tam rezorbsiya olmayibsa.Vakuumu xüsusi termin kimi vurğulamaq yersizdir.
Yox sorulma varsa artıq birmənalı implant +protez tövsiyyə olunmalıdır

Photos from dr.qemer's post 22/11/2025

Konfrans Yeliz Çavuşoğlunun iştirakı ilə daha bir maraqlı və informativ oldu🌺

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Baku