Uzman Dr. Amil Rzayev

Uzman Dr. Amil Rzayev

Compartir

Información de contacto, mapa y direcciones, formulario de contacto, horario de apertura, servicios, puntuaciones, fotos, videos y anuncios de Uzman Dr. Amil Rzayev, Salud/belleza, Valencia.

Photos from Uzman Dr. Amil Rzayev's post 16/04/2025

Bu günkü digər pasiyentimiz(36 yaş):Qoltuqaltı Əlavə Süd Vəzi – Bilməli Olduqlarınız
Bəzən qadınlar qoltuqaltı bölgəsində yumşaq və ya bərk bir toxuma hiss etdiklərini deyirlər. Bu nahiyədə yaranan çıxıntılar bəzən yağ vəzisi, limfa düyünü, bəzən isə əlavə süd vəzi toxuması ola bilər.

Əlavə süd vəzi — doğuşdan gələn bir vəziyyətdir. Döl ana bətnində inkişaf edərkən süd vəzilərinin yerləşəcəyi xətt boyunca (qoltuqaltıdan qasıq nahiyəsinə qədər) bəzi toxumalar tam itmədən qala bilər. Bu toxumalar süd vəzisinə bənzər quruluşda olur və hormonların təsiri ilə dəyişikliklərə məruz qala bilər.

Əlavə süd vəzi zamanı nə müşahidə olunur?
-Qoltuqaltında hiss olunan şişlik və ya yumşaq kütlə
-Menstruasiya öncəsi böyümə və ağrı
-Estetik narahatlıq və ya diskomfort hissi
Təhlükəlidirmi?
Bu toxumalar bəzən süd vəzi xəstəliklərinə, hətta xərçəngə bənzər dəyişikliklər göstərə bilər. Buna görə də mütləq həkim müayinəsi və görüntüləmə (USM,mammoqrafiya və ya MRT) ilə qiymətləndirilməlidir.

Nə etmək lazımdır?
Əgər siz də qoltuqaltı nahiyəsində fərqli bir toxuma hiss edirsinizsə:

Mammoloqa müraciət edin
USM və ya digər müayinələr vasitəsilə toxumanın mənşəyi aydınlaşdırılsın
Əgər funksional və ya estetik problem yaradırsa, cərrahi çıxarılması düşünülə bilər.

16/04/2025

Bu günkü xəstəmiz: 38 yaşında, Sol süd vəzi xərçəngi. Şəkildən də göründüyü kimi, süd vəzi giləsi tamamilə deformasiyaya uğramışdır, bütün süd vəzi prosesə cəlb olunmuşdur. Belə olduğu halda, təəssüf ki, bizim radikal mastektomiyadan(süd vəzinin tamamilə götürülməsi) başqa çıxışımız qalmır. Pasiyentimiz yaşı gəncdir, gec dönəmdə müraciət etdiyi üçün radikal mastektomiyadan başqa şans qalmır. Əziz xanımlarımız, vaxtında müraciət edin, erkən diaqnoz həyat qurtarır və erkən müraciət zamanı süd vəzini saxlamaq şansı da yüksəkdir.

Bədəninizin siqnallarını görməzlikdən gəlməyin!

Süd vəzi xərçəngi erkən mərhələdə heç bir əlamət verməyə bilər. Bu səbəbdən müntəzəm müayinə çox vacibdir.
Amma bəzi hallarda bədəniniz sizi xəbərdar edir.

Aşağıdakı əlamətlərə diqqət edin:

Süd vəzisində və ya qoltuqaltında sərt, ağrısız kütlə
Süd vəzisində forma və ölçü dəyişiklikləri
Dərinin büzüşməsi, dartılması və ya “portağal qabığı” görüntüsü
Məmə ucunun çəkilməsi, dəyişməsi və ya yarası
Məmə ucundan qanlı və ya şəffaf axıntı
Süd vəzisində və ya ətrafında davamlı ağrı və ya narahatlıq
Bu əlamətlər varsa, qorxmayın – hər zaman xərçəng demək deyil.
Amma mütləq həkimə müraciət edin. Erkən diaqnoz həyat xilas edir!

Unutmayın: Özünüzü müayinə edin, ildə bir dəfə mütəxəssisə müraciət edin.

Photos from Uzman Dr. Amil Rzayev's post 16/04/2025

Növbəti pasiyentimizin(33 yaş), “İkitərəfli redumsion mammoplastika(hər iki süd vəzi ölçülərinin kiçildilməsi)cərrahi əməliyyatından 6 ay sonrakı nətucələrini sizlərə təqdim edirəm. Reduksion Mamoplastika nədir?

Süd vəzilərinizin ölçüsündən narahatsınız? Bel, kürək ağrıları, geyim problemi və ya estetik narahatlıq sizi yorubsa, redüksion mamoplastika sizin üçün uyğun bir həll ola bilər.

Bu əməliyyat zamanı böyük və ağır süd vəzilərindən artıq toxuma çıxarılır, sinənin forması və ölçüsü bədən proporsiyasına uyğun şəkildə yenidən formalaşdırılır.

Əməliyyatdan sonra süd vəziləri nə zaman təbii görüntüsünü alır?
Əməliyyatdan dərhal sonra sinənin forması artıq fərqli və yüngülləşmiş olur. Amma:

İlk 1-3 ayda ödem və formalaşma prosesi davam edir,
3-6 ay ərzində sinənin konturları yumşalır və daha təbii görünür,
6-12 ay sonra süd vəziləri tam oturur və daha sabit, təbii görüntü qazanır.
Qorxuludurmu?
Xeyr! Reduksion mamoplastika təcrübəli cərrah tərəfindən aparıldıqda təhlükəsiz və həyat keyfiyyətini yüksəldən bir prosedurdur.

Unutmayın:
Bu əməliyyat yalnız estetik deyil, sağlamlıq və həyat rahatlığı üçün də vacibdir.

Photos from Uzman Dr. Amil Rzayev's post 15/04/2025

Növbəti “İkitərəfli reduksion mammoplastika(Hər iki süd vəzinin kiçildilməsi)”cərrahi əməliyyatı icra etdiyimiz 34 yaşındakı xanımımızın, 1 ay sonrakı görüntüsünü sizlərə təqdim edirik.

Photos from Uzman Dr. Amil Rzayev's post 27/11/2024

Bu yaxınlarda İspaniyanın Alicante şəhərində keçirilən “Perforator flaps dissection, Flap reconstruction Course on Cadaver” kursunda iştirak etmişəm. Bu kurs vasitəsi ilə, dünyanın aparıcı mütəxəssislərinin rəhbərliyi altında müxtəlif fleb disseksiyalarını icra etmə texnikalarımı təkmilləşdirdim. Bu bilik və bacarıqlarımı, praktikada tətbiq edərək, süd vəzi rekonstruksiyalarında yeni fleb texnikalarını istifadə edərək, xəstələrimizi daha təbii və uzunömürlü nəticələrlə təmin edəcəyik.

Photos from Uzman Dr. Amil Rzayev's post 02/09/2022

42 yaşında sağ süd vəzi xərçəngi səbəbiylə qeyri radikal cərrahiyyə icra edilən xəstəyə Mastektomiya əməliyyatı icra etdik.

Photos from Uzman Dr. Amil Rzayev's post 30/08/2022

48 yaşında sol süd vəzi xərçəngi səbəbiylə 8 kurs Kimyaterpiya alan xəstəyə Mastektomiya əməliyyatı icra etdik(süd vəzi və qoltuqaltı limfa vəzilərinin xaric edilməsi).

Photos from Uzman Dr. Amil Rzayev's post 16/08/2022

70 yaşında Sağ süd vəzi xərçəngi.Xəstəyə Mastektomiya əməliyyatı icra etdik.

Photos from Uzman Dr. Amil Rzayev's post 10/08/2022

20 yaşında qadın xəstə hər iki süd vəzinfə çoxsaylı düyünlər və ağrı səbəbiylə müraciət etdi.Fibroadenoma səbəbiylə müraciət edən xəstəyə əməliyyat icra etdik.

Photos from Uzman Dr. Amil Rzayev's post 06/08/2022

61 yaşında sağ süd vəzi xərçəngi.6 kurs kimyaterapiya sonrası Mastektomiya əməliyyatı icra ettik.

¿Quieres que tu empresa sea el Salón De Belleza mas cotizado en Valencia?
Haga clic aquí para reclamar su Entrada Patrocinada.

Categoría

Página web

Dirección


Valencia